Money Wars bir ölkə idarəetmə simulyasiyasıdır. Oyunun ÖZƏYİ iqtisadiyyatdır: rəqibləri hərbi güclə deyil, onları İQTİSADİ cəhətdən aciz qoyub istehsal zəncirlərini, zavodlarını və əhalisini özünə qataraq böyüyürsən.
Məqsəd ərazi deyil, İSTEHSAL + ƏHALİ + iqtisadi nüfuzdur. Müharibə/işğal vasitədir, qələbəni gətirən deyil. Rəqib iflasa yaxınlaşdıqca onun zavodları sənin mülkiyyətinə keçir (udulma).
Vaxt "Növbəti gün"ə basdıqca irəliləyir; hər sistem sabit ardıcıllıqla işlənir (eyni giriş → eyni nəticə).